Avropa İttifaqında COVID-19 əleyhinə preparat təsdiq edilib

Avropa İttifaqında COVID-19 əleyhinə preparat təsdiq edilib

Koronavirusla mübarizədə Avropa İttifaqı ölkələri yeni preparatdan istifadə edəcəklər. AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, Avropa Dərman Agentliyi (ЕМА) COVID-19 əleyhinə Pfizer şirkətinin Paxlovoid tabletlərini təsdiq edib.

Bu preparatdan xəstəyə əlavə oksigen tələb olunmadıqda, lakin xəstəliyin ağır formalarının inkişafı riski mövcud olduqda tətbiq ediləcək.

Paxlovoid dekabr ayında ABŞ-da və Böyük Britaniyada təsdiq edilib. İtaliya, Almaniya və Belçika onu artıq alıblar.

Bu arada Avropada “omikron” ştamına yoluxma hallarının sayında artım davam etməkdədir. Rumıniyada bir çox xəstəxanada çarpayı və həkim çatışmazlığı var. Səlahiyyətli orqanlar həddindən artıq dolmuş tibb müəssisələrindən xəstələri evakuasiya etməyə hazırlaşırlar.

Rusiyada da uşaqlar arasında COVID-19-a yoluxma hallarının sayında artımla bağlı vəziyyət çətinləşir. Moskvada son həftələr həddi-buluğa çatmamışların xəstəxanaya yerləşdirmə hallarının sayı bir neçə dəfə artıb.

Ukraynada 32 min yeni yoluxma halı qeydə alınıb. Bu pandemiya başlayandan bəri ən yüksək sutkalıq göstəricidir. Son 24 saat ərzində koronavirus səbəbindən 154 nəfər həyatını itirib. Pandemiya qurbanlarının ümumi sayı 100 min nəfərə yaxınlaşır.

Mənbə: azertag.az