Bu telefonlar üzü maskada da tanıyacaq

Bu telefonlar üzü maskada da tanıyacaq

iPhone smartfonlarının üz tanıma funksiyası artıq maska taxdıqda da işləyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.

Bildirilib ki, Apple tərtibatçıları smartfonlar üçün iOS 15.4 yeniləməsinin beta versiyasına üz tanıma funksiyasını əlavə ediblər.

İndi iPhone üzünə qoruyucu vasitə taxan istifadəçini tanıya bilər. Belə ki, smartfon ayarlarında “Maska taxarkən Face ID-dən istifadə et” funksiyası əlavə edilib. Lakin bunun kilidin açılması zamanı bir qədər vaxt aparacağı vurğulanıb.

Qeyd olunub ki, bu funksiya hələlik smartfonun yalnız 12 və 13 seriyalarında işləyir. Lakin tezliklə bu seçim Face ID-si olan bütün telefonlarda əlçatan olacaq.

Nuranə Tofiqli

Mənbə: redaktor.az