Hindistan Aya uçuşu son anda dayandırdı

Hindistan Aya uçuşu son anda dayandırdı

Hindistan "Çandrayan-2" stansiyasını Aya göndərməyi son anda təxirə salıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Kosmik Tədqiqatlar Təşkilatı uçuşun planlaşdırılan vaxta 56 dəqiqə qalmış təxirə salınmasına texniki nasazlığın səbəb olduğunu açıqlayıb.

Qeyd edək ki, stansiya Ayın səthinin mineraloji tərkibini tədqiq edəcəkdi. Əsas məqsəd isə Ayda su axtarışı idi. "Çandrayan-2" stansiyasının ötən ilin aprelində göndərilməsi nəzərdə tutulsa da, bir sıra səbəblərlə əlaqədar missiya bu ilə təxirə salınmışdı.

Sabrina

Mənbə: yenisabah.az