Sutka 25 saat olacaq - Alimlər açıqladı

Sutka 25 saat olacaq - Alimlər açıqladı

Yer kürəsinin öz oxu ətrafında fırlanma hərəkəti yavaşlayır.

Bu barədə Münhen Texniki Universitetinin mütəxəssisləri məlumat yayıblar.

“Bu “tormozlama” səbəbindən yaxın gələcəkdə kosmik standartlara görə sutka 25 saata çatacaq. Bu, təxminən 200 milyon ildən sonra baş verəcək. Proses tədricən, təxminən eyni yavaşlama dərəcəsi ilə davam edir”, - məlumatda deyilir.

Mütəxəssislər iddia edirlər ki, 1,4 milyard il əvvəl Yerin öz oxu ətrafında bir dövrəsi daha sürətlə - 18 saat 41 dəqiqəyə tamamlanıb.

Mənbə: axar.az