Terrasoft şirkəti biznes prosesləri idarə edən xidmət təqdim edib

Terrasoft şirkəti biznes prosesləri idarə edən xidmət təqdim edib

Korporativ proqram təminatı təchizatçısı Terrasoft şirkəti ödənişsiz bpm’online studio free xidmətini təqdim edib. Bu xidmət biznes-proseslərin idarə edilməsini təmin edir. Bu haqda şirkət nümayəndələri bildiriblər.

Xidmətə həm də aşağıdakılar daxildir:

1.Biznes-proseslərin qurulması və yaddaşda saxlanması. Bpm’online studio free-də naviqasiya və proseslərin qaydaya salınması üçün vahid idarəetmə mühiti mövcuddur.

2.Biznes-proseslərin standart idarə edilməsi. Xidmət BPMN 2.0 notasiyasını dəstəkləyir. *.bpmn formatının dəstəklənməsi məlumatları digər sistemlərə ötürməyə və onlardan qəbul etməyə imkan yaradır.

3.Birgə iş. İstifadəçilər real vaxtda gedən prosesləri birlikdə redaktə edə və linkləri digər iştirakçılar üçün paylaşa bilərlər.

Məhsulun inkişafı üzrə planlarda – proseslərin şirkətin təşkilati strukturuna qoşulması, yeni istifadəçilərin tanınması üçün prosesin həyata keçirilməsi rejiminin və müzakirə üçün rəy bildirmə və proseslərlə razılaşma rejiminin reallaşması, diaqramların xarici resurslarda paylaşılması mümkünlüyü və digər yenilikərin icrası var.

Mənbə: bizplus.az