Qumbaranı səngərə zərgər dəqiqliyi ilə atdı - VİDEO

Ukrayna mediası Rusiya hərbçilərinə qarşı həyata keçirilən uğurlu əməliyyat haqqında məlumat yayıb. Saytlar son bir ayda döyüşlərdə aktiv şəkildə istifadə edilən dronla adi mərmilərin mövqelər atılmasını əks etdirən növbəti videonu dərc ediblər. Ukraynalı hərbçidən inanılmaz dron dəqiqliyi - VİDEO Bildirilir ki, əməliyyatı 59-cu briqadanın əsgərləri reallaşdırıblar. Diqqət çəkən məqam isə xeyli sayda yüksəklikdən və taraz dayanmayan drondan qumbaranın zərgər dəqiqliyi ilə rus əsgərin üzərinə atılmasıdır. Məqalə müəllifi bunu artıq Ukrayna hərbçilərinin hər ötən gün dron əməliyyatlarında daha da peşəkarlaşmasının nümunəsi kimi göstərib.

Qeyd edək ki, bu üsul müasir müharibələrdə ilk dəfədir ki, istifadə edilir. Əsgərlər adi kvadrakopterlər və ya kiçik hərbi dronlara əl qumbaraları, hətta kiçik ölçülü minamyot mərmilərini bağlayaraq düşmən mövqelərinin üzərindən onu aşağı buraxırlar. Nəticədə heç bir itki vermədən həm hərbi texnikaları vurur, həm də canlı qüvvəni məhv edirlər.
 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb

SONRAKI XƏBƏR

Ermənistanda müxalifət gəlsə, müharibə edəcək? – Naumov