Rusiya Yaponiya yaxınlığında sualtı qayıqlar əleyhinə hərbi təlim keçirib

Rusiya Yaponiya yaxınlığında sualtı qayıqlar əleyhinə hərbi təlim keçirib<span class="qirmizi"></span>

Rusiya Federasiyasının Tu-142 sualtı qayıqlar əleyhinə təyyarələri Oxot dənizi üzərində uçuşlar həyata keçirib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, uçuşlarda məqsəd bir sıra təlim tapşırıqlarını yerinə yetirmək olub.

- Sakit Okean Donanması Tu-142 təyyarələrinin ekipajlarını əlaqələndirmək və Oxot dənizi üzərində sualtı qayıqlara qarşı missiyaları yerinə yetirmək üçün planlı təlim uçuşları həyata keçirib, - mətbuat donanmaya istinadən yazıb.

Məlumatda qeyd edilir ki, iki Tu-142 təyyarəsi sualtı qayıqların axtarışına çıxıb.

Tural Tağıyev

 

Mənbə: azvision.az