Hindistanda “Tesla”nın satışı dayandırıldı

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın “Tesla” şirkəti Hindistanda elektrikli avtomobillərinin satışı planını dayandırıb. “The Times of India” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, bu qərara səbəb Hindistan hökumətinin ölkəyə elektromobil idxalına vergi güzəştləri tətbiq etməkdən imtina etməsi olub. Bu, “Tesla”nın Hindistan departamentləri ilə təxminən bir il davam edən danışıqlarının dayandırılmasına səbəb oldu.

Hindistan tərəfinin fikrincə, vergi güzəştləri almazdan əvvəl “Tesla” ilk olaraq Hindistanın özündə istehsalı yerləşdirməli və ya daha aşağı vergi dərəcələri ilə qismən yığılmış avtomobilləri idxal etməli və nəhayət, onları ölkədə yığmalıdır.

İlkin Nəcəfzadə
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

“Bu mahnını anama həsr edəndə müharibə başladı” - VİDEO

SONRAKI XƏBƏR

MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"