Dövlət Xidməti “Kontakt Home” barəsində araşdırmaya başladı – Təfərrüat

Dövlət Xidməti “Kontakt Home” barəsində araşdırmaya başladı – <span class="qirmizi">Təfərrüat</span>

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikası, həmçinin mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”un sahibi olan “ABC-Telecom” MMC barəsində araşdırmalar aparır.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, araşdırma zamanı “ABC-Telecom” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq şirkət barəsində iş qaldırılıb.
Bildirilir ki, qanun pozuntusu “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərin pozulması əlamətləri üzrədir. İşə sabah – 17.05.2022-ci il tarixində saat 11:00-da baxılacaq.
Məlumat üçün qeyd edək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” adlı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində yeniavaz.com saytında bu barədə yazı yayımlandıqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffmann” adlı məhsulların tanıtımında istifadə olunan "Almaniya brendi", "Almaniya istehsalı" kimi ifadələr silindi.

A. Cəfərov

Mənbə: www.yeniavaz.com