Rusiya raketi vuruldu

Rusiya raketi vuruldu<span class="qirmizi"></span>

Ukrayna hərbçiləri Rusiya qırıcısının Odessaya atdığı "X" tipli qanadlı raketi məhv edib.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda "Pivden" Hava Komandanlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

"Mayın 16-da günorta saatlarında "Pivden" hava komandanlığının əsgərləri Odessa şəhəri istiqamətində rus əsgərlərinin qırıcısı tərəfindən atılan "X" tipli qanadlı raketi aşkar edərək məhv etdilər.

Təhlükəsizlik qaydalarına əməl edin, hava hücumu xəbərdarlığına laqeyd yanaşmayın!", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az

Mənbə: news.milli.az