İlon Mask və Paraq Aqraval arasında gərginlik yarandı

İlon Mask və Paraq Aqraval arasında gərginlik yarandı<span class="qirmizi"></span>

Twitter-in baş direktoru platformanın saxta hesablarla mübarizəsini müdafiə edən bir sıra paylaşımlar etdi.

Press.az xəbər verir ki, o, twitter-dəki paylaşımında hesabların 5 faizindən azının saxta olduğunu bildirib. Twitter-in satın alınması ilə bağlı müqavilənin saxta hesablarla bağlı problemə görə dayandırıldığını açıqlayan İlon Mask, Aqravala təhqiramiz emoji ilə cavab verib.

“Reklamçılar pullarının müqabilində nə əldə etdiklərini necə bilirlər? Bu, Twitter-in maliyyə sağlamlığı üçün vacibdir” dedi.

Zeynab Hüseyn

Mənbə: press.az