""AGM- 183" raketinin sürəti saatda 25 min km, "Kinjal"ın sürəti isə saatda 15 min km-dir..."

""AGM- 183" raketinin sürəti saatda 25 min km, "Kinjal"ın sürəti isə saatda 15 min km-dir..."<span class="qirmizi"></span>

""AGM- 183" raketinin sürəti saatda 25 min km, "Kinjal"ın sürəti isə saatda 15 min km-dir..."

"Biz oyun qaydalarını dəyişəcək hipersəsli silahların tez bir zamanda qırıcılara çatdırılması üçün mümkün olan hər şeyi edirik"

 

"Yeni hipersəsli raketlər qurudakı hədəfləri, gəmiləri və vəziyyətini tez bir zamanda dəyişən obyektləri məhv etmək üçün nəzərdə tutulub"

 

"Amerikalı hərbçilər 70 növ hipersəsli silahlar üzərində işləyir və bunun üçün 15 milyard dollar vəsait sifariş edilib"

 

 

ABŞ-da səsdən beş dəfə sürətli silah sınaqdan keçirilib

 

ABŞ- ın Hərbi- Hava Qüvvələri (HHQ) hipersəsli raketin sınaq buraxılışını uğurla həyata keçirib, bununla da hipersəs proqramının inkişafına yeni təkan verilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerika HHQ pres- relizə istinadən "Air Force" nəşri məlumat verib.

 

Buraxılış mayın 14- də "Boeing B- 52H Stratofortress" bombardmançı təyyarəsindən Kaliforniyanın cənub sahillərində ARRW proqramı çərçivəsində həyata keçirilib.

 

AGM- 183A raketi təyyarənin qanadından ayrılıb, daha sonra onun sürətləndiricisi alışıb və gözlənilən zaman müddətində yanıb, hipersürət əldə edib, hər halda səsin sürətindən beş dəfə yüksək olan saatda 6 min km- dən çox sürət əldə edib.

 

Sınaqları 419- cu uçuş- sınaq eskadrilyası və "Global Power Bomber" birləşmiş sınaq qrupu tərəfindən Kaliforniyadakı "Edvards" bazasında aparılıb.

 

"Bizim yüksək ixtisaslı komandamız hava bazalı ilk hipersəsli silah yaratmaqla tarixə düşüb", - 419- cu eskadrilyanın komandiri, polkovnik- leytenant Maykl Yunqkvist bəyan edib. - Biz oyun qaydalarını dəyişəcək bu silahın döyüş qırıcılarına tez bir zamanda çatdırılması üçün mümkün olan hər şeyi edirik".

 

"Air Force" nəşri qeyd edib ki, ARRW proqramı bir ildən artıq müddətdə uğursuzluqlarla üzləşib: 2021- ci ildə raket üç uçuş sınağını iflasa uğradıb. Aprel ayında raket pilonu tərk edə bilməyib, iyulda təyyarədən ayrılıb, amma sürətləndirici qoşulmayıb, dekabrda isə raket yenidən ayrılmayıb.

Bu, ona gətirib çıxarıb ki, HHQ 2022 və 2023- cü illər üçün öz

sifarişlərindən raketlərin alınması büdcəsini kəsməli olub.

 

ARRW- nın yeni uğurlu sınaqdan sonra HHQ- nin silahlanma üzrə proqramının icraçı direktoru general A. Kollinz bəyan edib ki, ABŞ bundan sonra da hipersəs texnikasının yaradılması üzərində işləməkdə davam edəcək.

 

"Biz öyrəndiklərimizə əsaslanaraq, hipersəs proqramını inkişaf etməkdə davam edəcəyik", - o, belə deyib.

 

Məlumata görə, bir çox hərbçilər hipersəsli raketləri gələcəyin silahı adlandırır. Amerikalı hərbçilər 70 müxtəlif növ hipersəsli silahlar üzərində işləyir və bunun üçün 15 milyard dollar həcmində maliyyələşmə sifariş edilib.

 

"AGM- 183" hipersəsli raket "Lockheed Martin" şirkəti tədəfindən işlənib hazırlanıb. Raketin sürəti 25 min km/saata çata bilər. Müqayisə üçün deyək ki, Rusiyanın hipersəsli "Kinjal" raketlərinin sürəti 14 688 km/saat təşkil edir.

 

Amerikanın bu raketi quruda olan hədəfləri, gəmiləri və öz vəziyyətini tez bir zamanda dəyişən obyektləri məhv etmək üçün nəzərdə tutulub.

Mənbə: moderator.az