NASA rəhbəri Çinin kosmik texnologiyanı oğurladığını iddia edib

Çin son illərdə kosmosda uğurlu addımlar atıb və ABŞ hazırda onunla kosmos yarışındadır.

“Report” xəbər verir ki, bunu NASA rəhbəri Bill Nelson Nümayəndələr Palatasının Təxsisatlar Komissiyasının dinləmələri zamanı deyib.

“İnanıram ki, Çinlə kosmos yarışındayıq. Çin son bir neçə il ərzində bəzi təsiredici işlər görüb. Bu, Marsın səthində işləyən ikinci ölkədir. Onlar Aya getmək niyyətlərini açıqlayıblar və düşünürəm ki, biz Sovet İttifaqı ilə keçirdiyimiz yarışa bənzər bir kosmos yarışındayıq”, - Nelson bildirib.

Nelson çıxışında Çinin ABŞ-ın kosmik texnologiya və sistemlərini oğurladığını iddia edib: “Bildiyiniz kimi, bir çox kosmik sistemlər digər kosmik sistemlərə bənzəyir. Bəli, onlar oğurluğu yaxşı bacarırlar. Məncə kibertəhlükəsizliyə çox, çox ciddi yanaşmaq lazımdır”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Aydın Mirzəzadə: “Bəlkə polisin təmkinlilik göstərməsinə hazır olmayıblar?”

SONRAKI XƏBƏR

Moskva vilayətində avtomobil partlayıb: Yaralananlar var, sakinlər təxliyə olunublar - FOTO