Rusiyalı hakerlər 10 ölkənin dövlət sirlərini digər ölkələrə SATA BİLƏR - VİDEO

Rusiyalı hakerlər 10 ölkənin dövlət sirlərini digər ölkələrə SATA BİLƏR - <span class="qirmizi">VİDEO</span>

Rusiyalı hakerlər dünyanın on ölkəsinə kibermüharibə elan ediblər.

BAKU.WS xəbər verir ki, kiberhücumu “Killnet” qrupundan olan hakerlər həyata keçirəcəklər.

Rusiyalı hakerlər elan edib ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, İtaliya, Latviya, Rumıniya, Litva, Estoniya, Polşa və Ukrayna hücumlara məruz qalacaqlar.

Bu ölkərə edilən hücumlarla hansı məqsədlərə çatıla bilər? Haker zərbələrindən tamamilə qorunamq mümkündürmü?

İKT mütəxəssisi Elvin Abbasov "ARB24"ə bildirib ki, rusiyalı hakerlər həmin ölkələr haqqında sosial araşdırmalar aparıb müəyyən boşluqlar tapıblar: "Kiberhücuma məruz qalan ölkələr nə qədər inkişaf etmiş olsalar da, özlərini tamamilə qoruya bilməzlər".

Digər ekspert Fərrux Rəcəbli isə qeyd edib ki, hakerlər ələ keçirilən dövlət əhəmiyyətli məlumatları üçüncü ölkəyə sata bilərlər.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Mənbə: baku.ws