Türkiyə hava vasitələrinin sınaqlarında istifadə edilən SZ sistemini milliləşdirib

Türkiyə hava vasitələrinin sınaqlarında istifadə edilən SZ sistemini milliləşdirib<span class="qirmizi"></span>

Türkiyənin TUSAŞ şirkəti hava vasitələrinin sınaqlarında istifadə edilən Süni Zəka (SZ) texnologiyasına əsaslanan qabiliyyəti milliləşdirib. Ordu.az xəbər verir ki, bu barədə “Defence turk” nəşri yazıb.

Şirkət SZ-dən istifadə edərək məhsulların hissələri üzərində apardığı sınaqlar sayəsində təyyarənin konstruksiya komponentlərinə tətbiq edilən yorğunluq testlərini 70% azaltmağı bacarıb.

Vaxta qənaət etməklə yanaşı, insan resurslarından səmərəli istifadə təmin olunacaq, sınaqlar zamanı əmələ gələn qalıqların norması və sınaq zamanı enerji sərfiyyatı azalacaq.
 

 

Mənbə: ordu.az