ABŞ yolsuzluq avtomobillərini yeni döyüş modulları ilə təchiz edəcək.

ABŞ-ın “Oshkosh Defence” şirkəti JLTV yolsuzluq avtomobillərinə “Cockerill CPWS” döyüş modullarını quraşdırmaq niyyətindədir Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkətin məlumatına görə, JLTV taktiki maşınlarının xidmətdə olduğu Avropa ölkələri onlara həm düşmənin piyada, həm də tankları ilə döyüşə bilən döyüş modulu quraşdırmaqda maraqlıdırlar. Belə bir müraciət şirkətə Ukraynada baş verən hadisələr fonunda daxil olub. Bildirilir ki, bu cür zirehli maşınlar şəhər mühitində döyüşmək üçün ən uyğun olanlardır.

Sınaq platforması olaraq JLTV-nin həm ABŞ ordusu, həm də dəniz piyadaları ilə xidmətdə olan dördqapılı versiyası seçilib. Sınaqlar çərçivəsində yolsuzluq avtomobilində 25 mm-lik M242 “Bushmaster” avtomat topu ilə “Cockerill CPWS” döyüş modulunun, həmçinin yan tərəfdə 7,62 mm-lik pulemyot, tüstülü qumbaraatan və 2 “Javelin” raketinin quraşdırılması planlaşdırılır.

Avropada sınaqlar bu yay İspaniyada, payızda isə Belçikada başlayacaq.
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

SONRAKI XƏBƏR

"Beşiktaş"ın hazırkı prezidenti növbəti seçkilərdə də namizəd olub