"Twitter" "fake" hesabları: Baydenin 49,3, Muskın 70,2% saxta izləyicisi var

"Twitter" "fake" hesabları: Baydenin 49,3, Muskın 70,2% saxta izləyicisi var<span class="qirmizi"></span>

ABŞ Prezidenti Co Baydenin 22,2 milyon "Twitter" izləyicisinin ən azı yarısı saxtadır.

Bizimyol.unfo xəbər verir ki, "nypost"un verdiyi məlumata görə, bunu sosial menia nəhəngində yeni bir audit aşkar edib.

"Newsweek"ə görə, sosial şəbəkə nəhəngi üçün proqram təminatı şirkəti "SparkToro" tərəfindən edilən audit prezidentin izləyicilərinin 49,3%-nin “saxta izləyicilər” olduğunu müəyyən edib.

"SparkToro" izləyiciləri əlçatmaz olan və hesabın tvitlərini görməyən hesablari (ya spam, botlar, təbliğat və s. olduğuna görə və ya artıq "Twitter"də aktiv olmadığı üçün) "saxta izləyici" kimi müəyyən edib.

Hazırda "Twitter"i satın almağa çalışan "Tesla"nın baş direktoru Elon Musk saxta hesabların sayının artması ilə bağlı narahatlığını ifadə edib və saxta hesablara qarşı potensial mübarizəni təklif edib.

Musk, bütün Twitter hesablarının 20%-nin saxta olduğuna inandığını və problem həll olunana qədər sosial media nəhəngini 44 milyard dollara satın almayacağına söz verdi: "Mənim təklifim "Twitter"in SEC sənədlərinin dəqiq olmasına əsaslanırdı", - deyə Musk bildirib.

“Dünən "Twitter"in baş direktoru açıq şəkildə sübut göstərməkdən imtina edib. O bunu etmədikcə bu sövdələşmə irəliləyə bilməz”, - deyə "Twitter"in yeni sahibi bildirib.

"Twitter"in hazırkı CEO-su Parag Agrawal dünyanın ən zəngin adamına cavab olaraq, rəqəmsal nəhəngin hər gün yarım milyondan çox spam hesabını dayandırdığını və spam ola biləcəyindən şübhələndikləri bir neçə milyonlarla hesabı kilidlədiyini söyləyib.

"SparkToro" eyni auditi Maskın özünündə də istifadə etdi və 93,3 milyon "Twitter" izləyicisinin təxminən 70,2%-nin saxta olduğunu aşkar edib.

Qadir, Bizimyol.info

Mənbə: www.bizimyol.info