"Google" Rusiyada fəaliyyətini davam etdirəcək

Eyni zamanda, şirkətdə qeyd edildiyi kimi, Google Rusiya bank hesabının həbsi Rusiya ofisinin fəaliyyətini qeyri-mümkün edib.

Press.az xəbər verir ki,google-un nümayəndəsi TASS-a verdiyi məlumata görə, başlanmış iflas və ofisinin bağlanmasına baxmayaraq, Google Rusiyada işləməyə davam edəcək.

O, bildirib ki, "Bir müddət əvvəl Google Rusiyadakı kommersiya əməliyyatlarının böyük əksəriyyətini dayandırdı. Bu gün biz bildiririk ki, Google Rusiya bank hesabının ələ keçirilməsi Rusiya ofisimizin işləməsini, o cümlədən Rusiyada işçilərin saxlanması və əməyin ödənilməsi, tədarükçülərə maaşların verilməsini qeyri-mümkün edib,həmçinin digər maliyyə öhdəliklərinin yerinə yetirilməsini də.Lakin biz bilirik ki, Rusiyada insanlar keyfiyyətli məlumat əldə etmək üçün bizim xidmətlərimizə güvənirlər və biz istifadəçilərimizə Axtarış, YouTube, Gmail, Xəritələr, Android və Play kimi pulsuz xidmətlər təqdim etməyə davam edəcəyik”.

Press.az

ƏVVƏLKİ XƏBƏR

Tacikistandakı vəziyyətdən narahatıq - Rusiya

SONRAKI XƏBƏR

Çavuşoğlu: “İsveç və Finlandiya Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmalıdır”