Ruslar Ukraynada lazer silahlarından istifadə edir

Rusiya Ukraynada pilotsuz uçuş aparatlarını məhv etmək üçün yeni nəsil güclü lazer silahlarından istifadə edir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin hərbi istehsala cavabdeh olan müavini Yuri Borisov məlumat verib.

Yeni lazer silahlarının xüsusiyyətləri haqqında çox az şey məlumdur. Orta əsr dövrünün pravoslav döyüşçüsü, rahib Aleksandr Peresvetin adını daşıyan "Peresvet" lazer silahı yerdən 1500 km yüksəklikdə olan peykləri sıradan çıxara bilir.

O, dronları sıradan çıxarmaq üçün "Peresvet"dən daha güclü sistemlərin olduğunu bildirib. Məlumata görə, bu sistemlər 5 km məsafədə pilotsuz uçan aparatı beş saniyə ərzində məhv edir. Bu cür silahların Ukraynada istifadə edilib-edilməməsi ilə bağlı suala Borisov belə cavab verib: "Bəli. İlk prototiplər artıq orada istifadə olunur".

O, silahın “Zadira” adlandığını söyləyib.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

"WhatsApp"da bu da mümkün olacaq

SONRAKI XƏBƏR

Obameyanq millidəki karyerasını başa vurdu