"Twitter" İlon Maskla müqavilənin qüvvədə olduğunu bildirib

"Twitter" sosial şəbəkəsinin İlon Mask tərəfindən alınması ilə bağlı sövdələşmə dayandırılmayıb.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Daha əvvəl Mask bildirmişdir ki, sosial şəbəkənin rəhbəri Paraq Aqravaladan istifadəçilər arasında saxta hesabların 5%-dən az olması barədə məlumatı dəqiqləşdirməyənə qədər "Twitter"-i almaq sövdələşməsi yekunlaşdırılmayacaq.

Agentliyin məlumatında görə, şirkətin saş hüquqşünası və siyasət bölməsinin rəhbəri Vijaya Gadde ümumi yığıncaqda işçilərə sövdələşmənin dondurulması kimi bir şey olmadığını söyləyib. O, keçən həftə Maskın sosial media platformasındakı botların və spam hesablarının sayı haqqında əlavə məlumat alana qədər sövdələşməni təxirə salması ilə bağlı iddialarını rədd edib.

"Twitter" əməkdaşlarının sözlərinə görə, şirkət hər səhm üçün razılaşdırılmış 54,2 dollar qiymətinə yenidən baxmayacaq.

Onlar şirkətin 44 milyard dollara satılması ilə bağlı sövdələşmənin planlaşdırıldığı kimi irəlilədiyini deyirlər.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Kanada "Huawei" və "ZTE" məhsullarının istifadəsini qadağan edib

SONRAKI XƏBƏR

Neft ucuzlaşdı