İlon Mask-ın sərvəti 20 faiz azalıb

İlon Mask-ın sərvəti 20 faiz azalıb<span class="qirmizi"></span>

Amerikalı milyarder İlon Maskın keçən ay təxminən 50 milyard dollar itirdiyini açıqlayıb.

Press.az xəbər verir ki,dünyanın ən varlı adamı İlon Mask keçən ay Twitter sosial şəbəkəsini almaq planlarını açıqladıqdan sonra 49 milyard dollardan çox itirib.

Milyarderlərin sıralamsına görə, Mask varlılar siyahısında birinci yerdə qalır, lakin onun sərvəti aprelin əvvəlindən təxminən beşdə bir nisbətində azalıb və hazırda 209,9 milyard dollara düşüb.

Deyilənə görə, bu itki Tesla səhmlərinin qiymətinin qismən aşağı düşməsi ilə bağlıdır. Bu, bu il ən aşağı səviyyəyə düşüb və Maskı təxminən 12,3 milyard dollardan məhrum edib.

Zeynab Hüseyn

Mənbə: press.az