Mask bu gün Braziliya prezidenti ilə görüşməyi planlaşdırır

Mask bu gün Braziliya prezidenti ilə görüşməyi planlaşdırır<span class="qirmizi"></span>

 

Amerikalı iş adamı İlon Mask Prezident Jair Bolsonaru ilə görüşmək üçün cümə günü Braziliyaya yollanacaq.

Bu barədə “Globo” öz mənbələrinə istinadla xəbər yayıb.

Dövlət başçısının rəsmi qrafikində amerikalı milyarderin adı yoxdur, lakin Bolsonarunun özü cümə axşamı sosial şəbəkələrdə həftəlik yayımda Amazona kömək təklif edəcək, tanınmış, çox vacib bir şəxslə görüşmək niyyətində olduğunu deyib, bununla belə, xarici qonağın adını çəkməyib.

Nəşrin məlumatına görə, Mask ötən ilin noyabrında Ostində (ABŞ) Braziliyanın rabitə naziri Fabio Faria ilə görüşüb və onunla razılığa gəlib. Nazir həmin vaxt “SpaceX”in kənd məktəblərini internetlə təmin etmək və Amazonun ekvatorial yağış meşələrini qorumaq üçün Braziliya hökuməti layihələrində iştirak etmək planlarını açıqlamışdı.

Cümə günü keçiriləcək görüşdə də bu layihə və “Starlink” texnologiyalarının istifadəsinin müzakirəsi gözlənilir. Görüşün San-Paulu ştatındakı “Fasano Boa Vista” mehmanxanasında keçirilməsi planlaşdırılır.

Mənbə: www.oxu.az