"Meymun çiçəyi"nin yayıldığı ölkələr – SİYAHI

"Meymun çiçəyi"nin yayıldığı ölkələr – <span class="qirmizi">SİYAHI</span>

Dünyada «COVID-19»dən sonra növbəti təhlükəli virus yayılmağa başlayıb.

Bizim.Media xəbər verir ki, adətən Afrika ölkələrində yayılan «Meymun çiçəyi» virusuna artıq Avropa və ABŞ-da yoluxma qeydə alınıb.

İndiyə qədər sözügedən virusa dünyanın 11 ölkəsində – ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, Fransa, İsrail, Niderland və Almaniyada rast gəlinib.


Qeyd edək ki,"Meymun çiçəyi" həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti, paltar kimi əşyalarla təmas yolu ilə də yayıla bilir.

Qızdırma azaldıqdan sonra, adətən üzdə başlayan və daha sonra bədənin digər hissələrinə, əksər hallarda ovuclara və ayaqlara yayılan səpgilər əmələ gəlir.

Çox qaşıntılı olan səpgilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.

Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika ştammları.

Bizim.Media

Mənbə: bizim.media