Rumıniya “Patriot” HHM sistemləri üçün “SkyCeptor” raketləri istehsal edəcək

 

Rumıniya “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün “SkyCeptor” raketləri istehsal edəcək. Ordu.az xəbər verir ki, bu barədə “SeeNews” agentliyi məlumat yayıb.

İstehsal dövlətə məxsus “Romarm” və onun “Electromekanica Ploiesti” törəmə şirkəti tərəfindən həyata keçiriləcək.

Raketlər “Romarm” şirkətinin Ployeştidəki zavodunda istehsal olunacaq və daxili və xarici bazarlara çatdırılacaq.

“SkyCeptor” raketləri qısa və orta mənzilli ballistik və qanadlı raketləri və digər qabaqcıl hava təhdidlərini dəf etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva 
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

"Komanda layiqli yerini tutdu" - Elmar Baxşıyev

SONRAKI XƏBƏR

"Məqsədimiz Rusiya ordusunu Luqanskda dayandırmaq və iyunda əks-hücuma keçməkdir"