Stresin yaratdığı 20 xəstəlik - Psixiatr açıqladı

Stresin yaratdığı 20 xəstəlik - Psixiatr açıqladı<span class="qirmizi"></span>

Ürək xəstəlikləri, yüksək təzyiq və infarkt əksər hallarda həddindən artıq stress yaşayan fərdlərdə müşahidə edilə bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, psixiatr Azər Bağırov bu xəstəlikləri sadalayıb.

Həkim deyib ki, stressli vəziyyətdə baş ağrıları tez-tez görülür. Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.

Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.

Bağırsaq problemləri-qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir.

Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş, ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir.

Psixiatr, stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb:

Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq.

Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir.

Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir.

Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir.

Beyin qansızmaları, daha çox stressli fərdlərdə sıx müşahidə edilir.

Milli.Az

Mənbə: news.milli.az