"Akıncı" PUA-ları Bakıya eniş etdi - VİDEO

"Akıncı" PUA-ları Bakıya eniş etdi  -  <span class="qirmizi">VİDEO</span>

 

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana gəlib.

Trend xəbər verir ki, festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.

Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.

Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı PUA-ları Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.

Mənbə: az.trend.az