Omikrona qarşı antitel və peyvənd yeni ştamlardan qorumur

Alimlər 40 nəfər BA1 və BA2 variantına yoluxan xəstənin qanından antitel nümunələri götürərək, onların Omikronun digər ştamlarına dayanıqlığını yoxlayıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, Çinin molekulyar bioloqları Omikronun ilk versiyasına olan antitellərin praktiki olaraq, digər variasiyalara, hətta indi aktiv olan Omikron ştamına qarşı təsir etmədiyini sübut edib.

"Bizim təcrübələr göstərib ki, Omikron mutasiyalara uğramaqda davam edir, yeni variasiyalar daha davamlı və güclüdür. Əvvəlki kovid, hətta Omikrona yoluxanların qanında anticisimlər olsa belə, bunlar yoluxmada təsir etmir.

Bu o deməkdir ki, hazırkı variasiyalar kollektiv immunitet üçün böyük təhlükədir və peyvəndləri də şübhə altına alır".
Son aylara qədər Omikronun BA1, BA2 , BA3 mutasiyaları aktiv idi.

Ötən ay ABŞ, Afrika və Belçikada Omikronun eyni vaxtda 3 yeni variantı aşkarlanıb: BA2.12, BA4, BA5.

Alimlər BA1 , BA2-ə yoluxan xəstələrin qandakı anticisimlərinin yeni variasiyalara qarşı dözümlüyünü yoxlayıb.
Nəticələr göstərib ki, yeni mutasiyalar 4-6 dəfə az antitellərlə birləşib.

Analoji nəticə peyvənd olunmuşlarda da müşahidə edilib.

Kovidə qarşı tam kurs vaksinasiyadan keçən insanların anticisimləri də yeni mutasiyalar qarşısında zəif olub.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkə “Avroviziya”dan imtina edə bilər

SONRAKI XƏBƏR

SSRİ- nin sonuncu rəhbəri necə yaşayır?