İlon Mask 45 gündə 50 milyard dollar itirdi

 

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask 45 gündə 50 milyard dollar itirib.

Teleqraf.com Bloomberg Milyarderlər İndeksinə istinadən xəbər verir ki, Mask “Twitter”i almaq istədiyini elan etdiyi gün aktivləri 251 milyard dollar dəyərində qiymətləndirilib.

Aprelin 14-dən etibarən bu rəqəm 201 milyard dollara düşüb, yəni Maskın sərvəti cəmi 45 gündə 20% əriyib.

Bu böyük itki əsasən “Tesla” səhmlərinin kəskin düşməsi ilə əlaqədar olub. İlon Maskın əsas gəlir mənbəyi olan elektrik avtomobil sənayesi və aviasiya sənayesi əvəzinə “Twitter”i almağa diqqət yetirməsi “Tesla” səhmlərinin çökməsinə səbəb olub.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

HİT-Parada başçılıq edən “Bayraktar” - VİDEO

SONRAKI XƏBƏR

Kapalıçarşıda yeddi nəfərin yaralandığı atışmanın səbəbi: Tüpürcək - FOTO