HİT-Parada başçılıq edən “Bayraktar” - VİDEO

HİT-Parada başçılıq edən “Bayraktar” - VİDEO<span class="qirmizi"></span>

44 günlük Vətən Müharibəsinin Zəfərlə nəticələnməsində "Bayraktar"ların xüsusi xidməti olub. Müharibə ərəfəsində hamı bu pilotsuz təyyarələrdən danışır, onlara müxtəlif yollarla sevgisini etiraf edirdilər. Düşmənin döyüş texnikasını, canlı qüvvəsini hədəf alıb dəqiq zərbə endirən Bayraktarlar sayəsində ordumuz əməliyyat şəraitində dəfələrlə üstünləyə malik olub.

Qardaş Türkiyə hərbi sənayesinin məhsulu olan bu pilotsuz uçuş aparatlarından hazırda Ukrayna istifadə edir. Hətta bu ölkənin Silahlı Qüvvələrinin Əməkdar Akademik Orkestri “Bayraktar”a mahnı yazıb, klip çəkdirib. Türk hərbi dronuna ithaf olunan hitin sözləri Taras Baravok-a məxsusdur. Mahnını Ukrayna Silahlı Qüvvələrinin Əməkdar Akademik Orkestrinin “Svyatovid” folklor qrupu ifa edir.

Silahlı Qüvvələrin Baş Qərargahının Facebook-da paylaşdığı məlumata görə, “Dəqiq sözləri, qara yumorla zənginliyi və cəlbedici musiqisi sayəsində bu mahnı Ukraynada və bütün dünyada populyarlıq qazanıb”.

Klipin çəkilişi Ukraynada məhv edilmiş Rusiya texnikasının toplandığı yerdə aparılıb.

Qeyd edək ki, Bayraktar TB2 taktiki-zərbə PUA-ları orta hündürlükdə uçur. İdarəolunan dörd sursatla 24 saatadək havada qala bilir. Maksimal idarəetmə məsafəsi 150 km-ə qədərdir.

Mənbə: www.realtv.az