Yeni Zelandiya Ukrayna ordusuna 105 mm-lik L119 artilleriya qurğularından istifadə üzrə təlim keçəcək

Yeni Zelandiya Ukrayna ordusuna 105 mm-lik L119 artilleriya qurğularından istifadə üzrə təlim keçəcək<span class="qirmizi"></span>

Yeni Zelandiya Ukrayna ordusuna 105 mm-lik L119 yüngül artilleriya qurğularından istifadə qaydalarını öyrətmək üçün Britaniyaya 30 hərbçi göndərəcək. Ordu.az xəbər verir ki, bu barədə “New Zealand Herald” nəşri yazıb.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern bildirib ki, onlar iyulun sonuna qədər Böyük Britaniyada qalacaqlar.

Ardern qeyd edib ki, Yeni Zelandiyadan ukraynalılara silahlardan istifadə etməyi öyrətməkdə kömək istənilib. Yeni Zelandiya Müdafiə Qüvvələrinin rəisi hava marşalı Kevin Şort bildirib ki, 230 ukraynalı təlim keçəcək və hər bir təlim təxminən bir həftə çəkəcək.

 

Mənbə: ordu.az