Məşhur amerikalı milyarder və Microsoft-un həmtəsisçisi olan Bil Qeyts Davos iqtisadi forumunda çıxışı zamanı diqqət çəkən açıqlama verib. O deyib ki, gələcək pandemiya ilə mübarizə istehsalçılardan infeksiyaları uzun müddətə bloklaya biləcək vaksinlər hazırlamağı tələb edir.
"Gələn il koronavirusdan ölümlər azalacaq" - Bill Qeyts - Bizim infeksiyanı uzun müddətə bloklayan peyvəndlərə ehtiyacımız var. Bu gün vaksinlər milyonlarla insanın həyatını xilas edir. Lakin onlar infeksiyaların yayılmasının qarşısını almaqda təsirli deyil, - Qeyts deyib.
O, gələcəkdə pandemiyanın qarşısının alınmasından danışarkən qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizəyə, eləcə də onların diaqnostikasına investisiya qoyuluşunu xeyli artırmaq lazımdır.
Tural Tağıyev