"Bayraktar" PUA-larının Vətən müharibəsindəki rolu - VİDEO

"Bayraktar" PUA-larının Vətən müharibəsindəki rolu -  <span class="qirmizi">VİDEO</span>

44 günlük vətən müharibəsində ali baş komandanın düzgün siyasəti , hərbçilərimizin qəhrəmanlığı və xalqımızın qırılmaz iradəsi nəticəsində qələbə əldə edildi. Ancaq döyüşlər zamanı daha bir qüvvə də var idi ki, o qüvvənin düşmənə vurduğu zərbələrdən tək Azərbaycan yox bütün dünya danışır. Söhbət Türkiyənin istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından gedir. Bəs bu pua-ların 2-ci Qarabağ Müharibəsində əsas rolu nədən ibarət olub? Mövzunu hərbi ekspert Ədalət Verdiyev şərh edib.

Vətən müharibəsini zamanı 21-ci əsrin kütləvi PUA tətbiq etməsi ilə Azərbaycan dünyada bir ilkə imza atdı. Döyüşlər zamanı bu PUA-lar düşmənə həm fiziki, həm də psixololoji zəbrələr endirdi.

İkinci Qarabağ müharibəsində qələbənin əldə dilməsində mühüm rol oynamış Türkiyənin istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından endirilən zərbələr nətcəsində düşmənin çoxlu sayda canlı qüvvəsi və dəyəri milyonlarla dollar həcmində ölçülən texnikaları sıradan çıxarıldı. Hərbi eskpert Ədalət Verdiyevin sözlərinə görə, bu pilotsuz uçuş aparatları Vətən müharibəsində, eləcə də Suriya, İraq və Liviyada göstərdiyi uğurlu tətbiqdən sonra artıq dünyanın bir sıra ölkələri "Bayraktar TB2" və digərlərini almaq üçün növbə gözləməli olublar.

Ədalat Verdiyev deyir ki, müharibənin ilk günündə Azərbaycan ordusunun "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından kütləvi şəkildə istifadə etməsi nəticəsində düşmənin 60 faiz hava hücumundan müdafiə sistemi sıradan çıxarıldı. Bu isə hərbi əməliyyatların aparılması baxımından dünyada anoloqu olmayan hadisə sayılır.

Qeyd edək ki, dünya müdafiə sənayesi bazarında Türkiyənin istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatlarına olan böyük marağın əsas səbəblərindən biri 44 günlük Vətən müharibəsi göstərilsə də, digər bir səbəb Türkiyənin bu PUA-ları davamlı olaraq texnoloji yeniliklər əsasında təkmilləşdirilməsidir. Xarici ölkələr, hətta Türkiyə ilə münasibətləri o qədər də yaxşı olmayan ölkələr belə "Bayraktar TB2"yə maraqlarını gizlətmirlər. Türkiyə isə isə bu sahədə dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir.

Mənbə: xezer.info