Ukrayna səfiri: "Bayraktarla görüşdüm və ona təşəkkür etdim"

Ukrayna səfiri: "Bayraktarla görüşdüm və ona təşəkkür etdim"<span class="qirmizi"></span>

 

“Dünyaca məşhur aviasiya, kosmos və texnologiya festivalı “Teknofest” ilk dəfə Azərbaycanda keçirilir”.

Metbuat.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk paylaşımında yazıb. O bildirib ki, tamaşaçıları ən çox Ukrayna istehsalı olan mühərrikli "Bayraktar Akıncı" yeni nəsil zərbə vuran pilotsuz uçuş aparatının təqdimatı maraqlandırıb:

“Dronun daşıma qabiliyyəti 1350 kq-dır. Ukrayna istehsalı olan iki mühərrik 12 km-dən çox yüksəklikdə uçuşu təmin edir. Dronun qanadları 20 metr, uçuş müddəti isə 24 saata qədərdir. Tədbir zamanı Türkiyənin tanınmış iş adamı və xeyriyyəçisi, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarla görüşdüm və ona təşəkkür etdim”.

Vladislav Kanevski vurğulayıb ki, Bayraktar soyadı təkcə Ukrayna və Azərbaycanda deyil, bütün dünyada "Bayraktar TB2" zərbə dronu sayəsində tanınır.

 

 

Mənbə: metbuat.az