“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verilib

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verilib<span class="qirmizi"></span>

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunmuş “Cansat Model Peyk” və “Pilotsuz Uçuş Aparatları” yarışlarının qaliblərinə mükafatlar verilib.

"Report" xəbər verir ki, “Cansat Model Peyk” yarışı üzrə qalib hazırladığı peyk modelini uğurla səmaya buraxan Bakı Ali Neft Məktəbinin “İstiqlal” komandası olub.

“Pilotsuz Uçuş Aparatları” yarışı üzrə qalib isə sərbəst missiyasını dizayn etdikləri dronlarla havaya qaldıran Milli Aviasiya Akademiyasının "MockingJay” komandası elan edilib.

Mənbə: report.az