Rusiya səsdən 9 dəfə sürətli raket  BURAXDI

Rusiya "Zirkon" adlı yeni hipersəs sürətə malik raketlərini sınaqdan keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Raket Barents dənizindən buraxılıb. Nazirliyin yaydığı videoda raketin gəmidən atıldığı və şaquli trayektoriya ilə səmaya buraxıldığı görünür.

Qanadlı raket təxminən 1000 kilometr məsafə qət edib və Ağ dənizdəki hədəfi vurub.

Yeni raketlər səs sürətindən doqquz dəfə daha çox sürətlə hərəkət edə bilir. Rusiya əvvələr bu raketləri döyüş gəmiləri və sualtı qayıqlardan sınaqdan keçirib.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı xaker qrupu erməni saytları sıradan çıxardı - SİYAHI - FOTO

SONRAKI XƏBƏR

Günün fotosu...