Türkiyənin yeni F-16-lar alması çətinləşdi - Yunan mediası

Türkiyənin yeni F-16-lar alması çətinləşdi - Yunan mediası<span class="qirmizi"></span>

Türkiyə ABŞ-la F-16 ilə bağlı razılaşma ehtimalını "öldürüb".

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın "Capital internet" saytı məlumat yayıb.

Sayt bildirir ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qarşı çıxması yeni F-16-ların alınması barədə Konqres ilə razılığa gəlmə səylərinə əngəl olur:

"Ankaranın İsveç və Finlandiyanın iştirakını əngəlləmədən öncə F-16 sövdələşməsində irəliləyiş şansı hər zamankindən daha yaxşı idi".

Mənbə: axar.az