B-21 "Raider" bombardmançısının uçuşdan əvvəl sınaqları tamamlanır

B-21 "Raider" bombardmançısının uçuşdan əvvəl sınaqları tamamlanır<span class="qirmizi"></span>

Pentaqonun ən böyük müdafiə podratçılarından biri "Northrop Grumman", ən son B-21 "Raider" strateji bombardmançı təyyarəsinin uçuş öncəsi sınaqlarını tamamlayır. “Tekhkult” yazır ki, ilk uçuş gələn ilə planlaşdırılıb.

2014-cü ildə istifadəyə verilmiş B-21 proqramının məqsədi ABŞ Hərbi Hava Qüvvələrinin strateji donanmasını əsaslı şəkildə təkmilləşdirməkdir. Şübhəsiz ki, veteran B-52 strateji bombardmançı təyyarəsi və onun daha "gənc" həmkarları olan B-1 və B-2 dəyişdirilməlidir.

B-21-in xüsusiyyətləri gizli saxlanılır. Yalnız məlumdur ki, bombardmançı gizlilik qabiliyyətini, səsdən aşağı sürətlə uçmaq qabiliyyətini təkmilləşdirib və B-2-dən xeyli ucuz, texniki xidməti də asan olacaq.

Korpusun yük sınaqları, cihazların nizamlanması (kalibrlənməsi), gövdənin müxtəlif sürətlərə davamlılığı, habelə uçuş alt sistemlərinin sınaqları yaxın vaxtlarda başa çatdırılmalı, bundan sonra radiodalğaları udan örtük tətbiq olunacaq.

Hazırda "Northrop Grumman"-ın montaj sexlərində altı B-21 var. İlk tam hazır maşının bu ilin sonuna qədər təqdim ediləcəyi gözlənilir.

Mənbə: moderator.az