ABŞ minaları təmizləmək üçün Ukraynaya robot it göndərəcək

 

ABŞ ordusu Kiyev ətrafındakı minaları təmizləmək üçün “Boston Dynamics”dən robot it tədarük etməyə razılıq verib.

Məlumata görə, ABŞ ordusu özünün iki robot itindən birini göndərəcək.

“Boston Dynamics”in robot itindən Kiyev yaxınlığında minaları təmizləmək üçün istifadə olunacaq.

“Robot it kaset bombaları kimi partlamamış hərbi sursatları digər döyüş sursatlarının olduğu çuxura sürükləyərək, onların mülki əhalidən uzaqda təhlükəsiz şəkildə 50-100 mərmilik partiyalarda partladılmasına imkan yarada bilər”, - deyə bununla bağlı məlumatda qeyd olunur.

Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın işğalı ilə əlaqədar ölkə ərazisində 30 milyon hektarın minalardan təmizlənməsinə ehtiyac olduğunu bildirmişdi.

Mənbə: Ekonomiçeskaya pravda

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Hindistanda daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

SONRAKI XƏBƏR

Pensiyalar nə qədər artacaq?