Google xidmətlərindən birini bağladı

Google xidmətlərindən birini bağladı<span class="qirmizi"></span>

Google-un Hangouts mesajlaşma xidməti 2022-ci ilin noyabrında dayandırılacaq. "Unikal" xəbər verir ki, bu barədə “The Verge”in saytında mesaj yayılıb. Qeyd olunur ki, bu messencerin istifadəçiləri avtomatik olaraq başqa xidmətə - Google Chat-a keçəcəklər.

Nəşrin məlumatına görə, “Hangouts” mobil tətbiqinin istifadəçiləri “tezliklə” Google Chat-ı yükləməyi xahiş edən bildirişlər almağa başlayacaqlar. Hangouts-un veb versiyasının istifadəçiləri iyul ayından etibarən məlumatlarının tezliklə Google Chat-a köçürülməsi ilə bağlı bildirişlərlə üzləşəcəklər.

Google əmin edir ki, noyabrda bütün söhbətlər və onların məzmunu avtomatik olaraq Google Chat-a köçürüləcək. “X” gününü gözləmək istəməyənlər üçün Google müstəqil “hərəkət” təşkil etmək üçün Takeout proqramından istifadə etməyi təklif edir.

The Verge qeyd edib ki, Hangouts Google-un bu il "ölüm əmri" verdiyi ilk söhbət deyil. Bundan əvvəl İT nəhəngi Google Talk adlı digər layihəsini məhdudlaşdırmışdı.

Mənbə: www.unikal.org