Bill Qeyts gələcəkdəki fəlakətlərdən danışdı

Bill Qeyts gələcəkdəki fəlakətlərdən danışdı<span class="qirmizi"></span>

Təxminən 5 il bundan əvvəl dünyadakı növbəti fəlakətin bir epidemiya olacağını təxmin edən Bill Gates, gələcəkdə baş verməsi ehtimalı olan fəlakətlər barədə də danışıb.

Ednews texnoportal.az-a istinadən xəbər verir ki, Bill Qeyts təxminən bundan 5 il əvvəlki bir çıxışında, insanları yaxın gələcəkdə baş verəcək növbəti virus epidemiyası barədə xəbərdar etmişdi. O, həmçinin çıxışında dünyanın buna hazır olmadığını da bildirmişdi. Nəticə etibarilə günümüzdə koronavirus epidemiyasının baş verməsi nəticəsində Bill Qeyts “epidemiyanın arxasındakı əsrarəngiz güc” olmaqda günahlandırıldı. Derek Muller-in Veritasium adlı YouTube kanalında qonaq olan Qeyts, dünyada yaxın gələcəkdə baş verməsi mümkün iki yeni fəlakət olduğunu açıqlayıb.

Microsoft-un qurucusu və dünyanın ən varlı adamlarından biri olan Bill Gates-in fikrincə, dünyada baş verəcək növbəti ilk qlobal fəlakət iqlim dəyişikliyi olacaq. Gatesə görə, iqlim dəyişikliyi hər il koronavirusdan daha çox ölümə səbəb olacaq. Ancaq Bill Qeyts-ə görə bundan “daha da pis” fəlakət var.

Bill Qeytsə görə, bioterrorizm təhlükəsi qapıdadır.

Qeyts-in fikrincə, dünyanın gələcəkdə qarşılaşacağı ikinci ən böyük qlobal fəlakət bioterrorizm olacaq. Nəticədə bu viruslar koronavirusdan daha çox maddi və həyat itkisinə səbəb ola bilər. Bill Qeytsin fikrincə, insanların gələcəkdə baş verəcək pandemiyaların qarşısını almaq üçün bir yolu yoxdur. Bununla birlikdə, lazımi hazırlıqların görülməsi nəticəsində baş verəcək pandemiyaların yaratdığı iqtisadi və sosial ziyanı ortadan qaldırmaq və insan itkisini ciddi şəkildə azaltmağın mümkün ola biləcəyini söyləyib.

Mənbə: ednews.net