ABŞ-ın hipersəs raket sınağı uğursuz oldu

ABŞ-ın hipersəs raket sınağı uğursuz oldu<span class="qirmizi"></span>

ABŞ-ın sualtı qayıqlara və ən son esmineslərə quraşdırmaq niyyətində olduğu hipersəs raket prototipinin yeni uçuş sınağı buraxılış cəhdi zamanı yaranan problem səbəbindən uğursuzluqla başa çatıb.

Avropa.info bildirir ki, bu barədə cümə axşamı "Bloomberg" agentliyi ABŞ Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Agentlik ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Tim Qormandan sitat gətirib: “Nasazlıq prototipdə mühərrik işə salındıqdan sonra baş verib.
Onun sözlərinə görə, sınaqlar çərşənbə günü Havayda baş tutub, o, əlavə təfərrüatları açıqlamayıb. Bu arada, Qorman Pentaqonun hələ də qrafikə uyğun olaraq "hücum və müdafiə hipersəs aktivlərini yerləşdirməyə" qadir olduğunu vurğulayıb. Hərbi Dəniz Qüvvələri mütəxəssislərin yoxlama aparacaqlarına və uğursuzluğa nəyin səbəb olduğunu müəyyənləşdirəcəklərinə əmin edib.
"Bloomberg"ə görə, söhbət CPS-nin qəfil zərbəsi (şərti operativ zərbə) vermək üçün qeyri-nüvə vasitələrinin sınaqdan keçirilməsindən gedir. ABŞ bu raketi Zumwalt DDG-1000 tipli ən son gizli esmineslərə, həmçinin Virciniya sinifli sualtı qayıqlara quraşdırmağı planlaşdırır. Agentliyin məlumatına görə, raketin ikinci uğursuz sınağı iyunun 29-da baş tutub - birincisi 2021-ci ilin oktyabrında, ilk uçuş sınaqları zamanı baş tutub. Sonra raket daşıyıcısının nasazlığı səbəbindən havaya qalxa bilməyib.

Mənbə: avropa.info