Müalicə metodlarının 90%-nin xəstəyə faydası elmi sübut olunmayıb – ALİMLƏR

Britaniyanın Oksford universitetinin alimlərindən ibarət böyük beynəlxalq heyət hazırda tibdə tətbiq olunan əksər müalicə metodlarının effektini, faydasını araşdırıb.

Bakupost.az xəbər verir ki, elmi işin nəticəsi Journal of Clinical Epidemiology dərgisində çap olunub.

Bunu aydınlaşdırmaq üçün alimlər Kokranovski kitabxanasının məlumat bazasındakı çoxsaylı klinik tədqiqatları araşdırıb.

Onlar sübutlu təbabətə aid 2008-2021-ci illərə aid 1600 müalicə metodunun effektini, zərərini aydınlaşdırıb.

Nəticələr göstərib ki, pasiyentlərə sübutlu akademik təbabətdə, yəni həkimlərin protokollara uyğun təyin etdiyi bu və ya digər müalicə metodları xəstələrdə 95% halda real fayda vermir.

Bununla yanaşı dərman və müalicələrin neqativ nəticələri barədə 33% faktlar mövcuddur.

Elmi məqalə müəllifləri bildirir ki, xəstələrə müalicə və dərmanların potensial zərəri barədə informasiya qıtlığı azdır, bu sahədə elmi işlər də aparılmayıb.

Həkimlər təyin etdiyi müalicəsinin risk dərəcəsini bilmir, fayda ilə zərər arasında balansı gözləmir. Çünki bunun üçün məlumat bazası yoxdur.

Ona görə də hazırda həkimlərin təyin etdiyi müalicələrin xəstələri tam sağaltdığını demək mümkün deyil.

Statistika və müqayisəli təhlil aparılmır, həkimlər özləri belə müalicələrinin qarantı deyil.

Aygün Musayeva

BakuPost

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər bu hadisədən sonra Xankəndindən ÇIXARILACAQ – Vahe Qasparyan

SONRAKI XƏBƏR

Bakıda aksiya keçirilir