Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib

Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi <span class="qirmizi">sınaqdan keçirib</span>

Türkiyə istehsalı olan hücum pilotsuz uçuş aparatı "Bayraktar AKINCI" PUA lazerlə idarə olunan raket sınaqdan keçirilib.

"Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.

"Akıncı" PUA daha əvvəl “Anadolu Qartalı - 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.

Mənbə: report.az