Elektromobil üçün 17 illik növbə yaranıb

Elektromobil üçün 17 illik növbə yaranıb<span class="qirmizi"></span>

 

Amerikanın General Motors (GM) şirkətinin rəhbərliyi bildirib ki, 2022-ci ilin iyulunda “Hummer EV” elektromobili üzrə növbə 17 ilə çatıb.

Nəşrin məlumatına görə, dilerlər elektomobil üçün təxminən 77 min sifariş toplayıblar. Lakin GM avtomobil zavodu gündə cəmi 12 belə avtomobil istehsal edə bilir. Bu, elektron komponentlərin və akkumulyatorların azlığı ilə əlaqədardır.

Elektomobilin bahalı versiyası 1000 at gücünə malik üç elektrik mühərriki ilə təchiz edilib. Mühərriklərin toplam enerji ehtiyatı 550 km-dir.

Qeyd edək ki, “Hummer EV”nin başlanğıc qiyməti 84 650 dollardır.

Mənbə: gazeta.ru

Mənbə: www.oxu.az