Rusiya yeni aldığı bombardmançı təyyarələri istismara verdi

Rusiya yeni aldığı bombardmançı təyyarələri istismara verdi<span class="qirmizi"></span>

Rusiya Aerokosmik Qüvvələri ilk modernləşdirilmiş "Su-34M" çoxməqsədli bombardmançı təyyarələrini alıb.

"Unikal" xəbər verir ki, bu barədə iyulun 4-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentin məlumatına görə, ilk təkmilləşdirilmiş "Su-34M"lər ötən ilin sonunda Xabarovsk diyarında yerləşdirilən Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun bombardmançı bölməsinə daxil olub.

Bildirilir ki, hazırda təyyarələr istismara verilib və pilotlar tərəfindən təlim uçuşları üçün təyinatı üzrə istifadə olunur.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org