Apple saatları temperaturu ölçüb, məsləhət verəcək

Apple saatları temperaturu da ölçə biləcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu“ Bloomberg”in redaktoru Mark Qurman deyib. O bildirib ki, “Apple Watch”da 8 daxili termometrin olacaq.

“Bu payızda satışa çıxarılacaq “Apple Watch”da daxili termometr olacaq. “Apple Watch” 8 istifadəçinin hərarətini ölçə biləcək. Bu funksiya üçün xüsusi bir sensor olacaq. Apple saatları qeyri-adi yüksək temperaturu təyin edərək, qadcet bildirişin köməyi ilə istifadəçiyə göstəricini tibbi termometrlə ölçməyi və ya həkimə müraciət etməyi tövsiyə edəcək”.

Mütəxəssis hesab edir ki, Amerika şirkəti bu variantı dəstəkləyən iki saat buraxacaq - qabaqcıl model və peşəkar idmançılar üçün qorunan “Apple Watch”.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

2022-ci ildə kəşf edilmiş yeni xəstəlik və diaqnozlar - Çoxu psixidir

SONRAKI XƏBƏR

Kamran Əliyev rayon prokurorunu işdən çıxardı