Bir milyard insanın məlumatları 10 bitkoinə satılır

Bir milyard insanın məlumatları 10 bitkoinə satılır<span class="qirmizi"></span>

ChinaDan ləqəbli anonim haker Breach Forums haker forumunda 10 bitkoinə (təxminən təxminən 338 min manat) 23 TB-dan çox məlumat satmaq təklifini yerləşdirib.

"Unikal" bu barədə "Reuters"-ə istinadən xəbər verir. Hakerin sözlərinə görə, məlumat bazasında bir milyard Çin vətəndaşı haqqında məlumat var.

ChinaDan Şanxay Milli Polisinin məlumat bazasından şəxsi məlumatları aldığını iddia edir. Sızdırılan məlumatda Çin vətəndaşlarının adı, ünvanı, doğulduğu yer, pasport nömrələri, mobil telefon nömrəsi və cinayətləri ilə bağlı bütün təfərrüatlar var.

ChinaDan-ın satdığı verilənlər bazasının orijinal olub-olmadığı hələlik məlum deyil. Çin hökuməti və Şanxay polisi sızma ilə bağlı şərh verməyib. Qeyd olunur ki, Çinin Weibo sosial şəbəkəsində hakerin müzakirəsi senzuraların xidmətdə “məlumat sızması” ifadəsini bloklamasına səbəb olub.

Sızma faktını kriptovalyuta birjası Binance-nin baş direktoru Zhao Changpeng də təsdiqləyib və o, Twitter-də şirkətin “bir Asiya ölkəsi”nin bir milyard vətəndaşının məlumat sızmasını qeydə aldığını yazıb.

Mənbə: www.unikal.org