Qalaktika “mirvari”si görüntülənib - FOTO

Qalaktika “mirvari”si görüntülənib - <span class="qirmizi">FOTO</span>

“Hubble” kosmik teleskopu qalaktika “mirvari”sini görüntüləyib.

Bu barədə rəssədxananın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, görüntüdə çoxqollu qalaktikaların qeyri-adi birləşməsi əks olunur.

Kainatdakı bu qeyri-adi sahə Yerdən təxminən 520 milyon işıq ili uzaqlıqda, Orion bürcündə yerləşir.

Xatırladaq ki, daha əvvəl alimlər “Hubble” teleskopundan istifadə edərək nəhəng qalaktikalar çoxluğunun şəklini çəkmişdilər.

Mənbə: UNİAN

Mənbə: www.oxu.az