“WhatsApp”da daha bir yenilik

“WhatsApp”ın tərtibatçıları dayanmadan istifadəçilərə yeni imkanlar təklif etməkdə israrlıdırlar.

Bu yaxınlarda onlar emojilərdən istifadə edərək digər insanların mesajlarına cavab vermək funksiyasını təqdim ediblər. Hazırda isə messencerin texniki komandası bu məqsədlər üçün istifadə olunan işarələrin siyahısını genişləndirməyi düşünür.

Məlumata görə, yaxın vaxtlarda mesajlara istənilən emoji ilə cavab vermək mümkün olacaq.

Qeyd edək ki, hazırda yeniliyin istifadəçilər üçün nə zaman əlçatan olacağına dair dəqiq məlumat yoxdur.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Cənubi Koreyada inflyasiya 24 ilin ən yüksək səviyyəsinə çatıb

SONRAKI XƏBƏR

Bakıda piyadanı avtomobil vuraraq öldürdü