İynə planetimizlə toqquşsa, nə baş verər? - İNANILMAZ EHTİMAL

İynə planetimizlə toqquşsa, nə baş verər? - İNANILMAZ EHTİMAL<span class="qirmizi"></span>

Bu gün bir çoxları Yer kürəsinin böyük cisimlə toqquşma ehtimalını müzakirə edirlər. Lakin alimlər hesab edirlər ki, xırda obyektin planetimizlə toqquşması daha təhlükəli ola bilər.

BiG.AZ esoreiter.ru-ya istinadən xəbər verir ki, ehtimala görə, işıq sürətilə hərəkət edən adi iynə böyük dağıntılara səbəb ola bilər.

Məsələn, belə bir sürətlə uçan bu xırda əşya okeanla toqquşsa, inanılmaz gücdə fırtınaya səbəb ola bilər və quru ərazinin əksər hissəsi su altında qalar.

Alimlərin ehtimalına görə, iynə, həmçinin, Yer qabığında güclü gərginliyə səbəb ola bilər.

Lakin bütün bunlar günümüzdə yalnız fərziyyə olaraq qalır və işıq sürəti ilə hərəkət edən xırda cisimlərin həqiqətdə hansı zərər vura biləcəyi dəqiq məlum deyil.

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az